top of page

Salam, mən Sadiq. Veb developer və SMM mütəxəssisiyəm. Bir tərəfdən kodlarla rəqəmsal məhsullar qurur, digər tərəfdən isə sosial mediada o məhsulların hekayəsini yaradıram. Əslində, hər ikisi eyni məqsədə xidmət edir: insanlarla düzgün əlaqə qurmaq.
Mənim üçün ən önəmli olan, sadəcə işləyən bir sayt yığmaq və ya cəlbedici bir post hazırlamaq deyil. Bütün bunların arxasında real bir məna və istifadəçi üçün rahatlıq olmalıdır. İş prosesində mürəkkəbliyi sevmirəm; çalışıram ki, hər şey sadə, anlaşılan və səmimi olsun.
Bu saytı həm öz işlərimi bir yerə toplamaq, həm də vaxtaşırı öyrəndiklərimi yazmaq üçün yaratmışam. Buralarda özünüzü evinizdəki kimi hiss edə bilərsiniz. Xoş gəlmisiniz.
bottom of page